Xəbərlər
Azərbaycanın energetika naziri Berlində keçirilən Enerji Təhlükəsizliyi Konfransında iştirak edir
Azərbaycanın energetika naziri Natiq Əliyev Münhen Təhlükəsizlik Konfransı və “Frankfurter Allgemeine Forum”un birgə təşkilatçılığı ilə keçirilən Enerji Təhlükəsizliyi Konfransında iştirak etmək məqsədilə Almaniyanın paytaxtı Berlində səfərdədir.
Bu barədə Energetika Nazirliyindən məlumat verilib. Bildirilib ki, Enerji Təhlükəsizliyi Konfransında “Böhranlar və qiymətlər: Çoxsaylı qeyri-müəyyənliklər arasında enerji təhlükəsizliyi” mövzusunda dünyadakı böhran və münaqişələr, enerji təhlükəsizliyi ilə bağlı problemlər müzakirə olunacaq. Həmçinin dünya bazarında neftin qiymətindəki dəyişikliklər, enerji bazarının yenidən qurulması, Avropa üçün davamlı rəqabət və diversifikasiya strategiyası mövzularında panellər keçiriləcək. Konfransda Münhen Təhlükəsizlik Konfransının sədri Volfqanq İşinger, Avropa Komissiyasının enerji məsələləri üzrə vitse-prezidenti Maroş Şevçoviç, İranın neft naziri Bijən Namdar Zəngənə, ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi nümayəndəsi Amos Hokstayn və digər rəsmi şəxslər də iştirak edirlər.